«Shirvan Oil» şirkəti yanvar-iyul aylarında qaz hasilatını 33% azaldıb

«Shirvan Oil» şirkəti yanvar-iyul aylarında qaz hasilatını 33% azaldıb
# 27 avqust 2008 12:12 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Kürovdağ» yatağının işlənməsi ilə məşğul olan «Shirvan Oil» Əməliyyat Şirkəti 2008-ci ilin yanvar-iyul ayları ərzində 9,8 mln. kubmetr həcmində qaz hasil edib. Bununla da şirkət neft hasilatını 2007-ci ilin analoji 7 aylıq göstəricisinə nisbətən 33,1% azaldıb. Təkcə iyul ayında yataqdan 1,6 mln. kubmetr qaz hasil olunub. Bu barədə «APA-Economics»ə «Shirvan Oil» Əməliyyat Şirkətinin baş ofisindən məlumat verilib.
Xatırladaq ki, «Kürovdağ» yatağının işlənməsinə dair saziş ARDNŞ-la Böyük Britaniyanın «Caspian Energy Group» şirkəti arasında 2004-cü ilin noyabrın 5-də imzalanıb. Hər iki tərəfin layihədəki iştirak payı 50%-ə bərabərdir.
Qeyd edək ki, Bakıdan 106 km cənub-qərbdə, Kürün hövzəsində yerləşən bu yatağın ümumi sahəsi 115 kv. km təşkil edir. Yataq şərti olaraq üç bloka bölünüb – Şimal, Mərkəzi və Cənub blokları. Neftin qalıq ehtiyatları 5,5 mln. ton həcmində qiymətləndirilir. Şirkətin quyu fondu 350 vahid, neftin orta sutkalıq hasilat səviyyəsi 677 ton təşkil edir. Neft hasilatının səviyyəsi sazişin qüvvədə olacağı 25 il ərzində 2003-cü ilə nisbətən ən azı 50% artırılmalıdır. Lakin kontraktın müddəti bitdikdən sonra o, tərəflərin razılığı ilə daha 5 il müddətinə uzadıla bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR