«Binagadi Oil» şirkəti yanvar-iyul aylarında qaz hasilatını 24% artırıb

«Binagadi Oil» şirkəti yanvar-iyul aylarında qaz hasilatını 24% artırıb
# 27 avqust 2008 12:16 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Binəqədi» blokunun işlənməsi ilə məşğul olan «Binagadi Oil» neft şirkəti 2008-ci ilin yanvar-iyul ayları ərzində 2 mln. kubmetr həcmində qaz hasil edib. Bu isə 2007-ci ilin analoji 7 aylıq göstəricisinə nisbətən 24,1% çoxdur. Təkcə iyul ayında burada 0,28 mln. kubmetr həcmində qaz hasil olunub. Bu barədə «APA-Economics»ə «Binagadi Oil» şirkətinin baş ofisindən məlumat verilib.
Xatırladaq ki, «Binəqədi» bloku üzrə kontrakt 2004-cü ilin sentyabr ayında ARDNŞ (25%) ilə «Azen Oil Company» (75%) müştərək müəssisəsi arasında imzalanıb. AZEN isə öz növbəsində Niderlandın iki hüquqi şəxsi - «Azpetrol Group B.V.» və «Enka Oil and Gas B.V.» şirkətləri arasında (hər biri 50%-lik payla) yaradılıb.
Qeyd edək ki, 1896-cı ildən istismar olunan və ümumi sahəsi 43 kv. km olan «Binəqədi» blokuna 8 yataq daxildir. Blokdakı quyu fondu 683 ədəd, ehtiyatları isə 1,5 mln. ton təşhkil edir. Belə ki, «Girməki» yatağındakı quyuların sayı və ehtiyatları 53 quyu və 0,3 mln. ton, «Çaxnaqlar»da - 125 quyu və 0,825 mln. ton, «Sulutəpə»də - 254 quyu və 2,885 mln. ton, «Masazır»da - 38 quyu və 0,614 mln. ton, «Fatmai»də - 53 quyu və 0,478 mln. tona bərabərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR