«Anshad Petrol» şirkəti yanvar-iyul aylarında qaz hasilatını 3% artırıb

«Anshad Petrol» şirkəti yanvar-iyul aylarında qaz hasilatını 3% artırıb
# 27 avqust 2008 13:12 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanın quru sahəsində yerləşən «Neftçala», «Xıllı» və «Babazanan» yataqlarının işlənməsi ilə məşğul olan «Anshad Petrol» müştərək müəssisəsi (MM) 2008-ci ilin yanvar-iyul ayları ərzində 17,4 mln. kubmetr qaz hasil edib. MM-in baş ofisindən «APA-Economics»ə verilən məlumata əsasən, əvvəlki ilin analoji 7 aylıq göstəricisi ilə müqayisədə qaz hasilatının həcmi 2,9% artıb. Təkcə iyul ayında şirkət 1,7 mln. kubmetr qaz hasil edib.
Xatırladaq ki, «Anshad Petrol» MM 1993-cü ildə ARDNŞ ilə Türkiyənin «Atilla Dogan Petrol» şirkəti arasında keçmiş «Neftçalaneft» NQÇİ-nin bazasında yaradılıb. «Anshad Petrol» MM-in operatoru rolunda 1994-1996-cı illərdə «Atilla Dogan Petrol» şirkəti çıxış etsə də, 1997-ci ildən etibarən ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. Həmçinin, 1995-ci ildə Malaziyanın «Land and General Berhad» şirkəti «Atilla Dogan Petrol»un layihədəki 17,15%-lik iştirak payını əldə edərək bu layihəyə qoşulub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR