Asiya İnkişaf Bankı Azərbaycana daha 160 mln. dollar ayırır

Asiya İnkişaf Bankı Azərbaycana daha 160 mln. dollar ayırır
# 01 sentyabr 2008 09:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin sentyabr ayının 10-da Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurası Azərbaycanda həyata keçiriləcək «Elektrik enerjisinin ötürülməsi sisteminin yaxşılaşdırılması Layihəsi» («Power Transmission Enhancement Project») üçün ayıracaq krediti təsdiqləyəcək. Bu barədə «APA-Economics»ə AİB-in Bakı nümayəndəliyindən məlumat verilib.
Nümayəndəlikdən həmçinin bildirilib ki, kreditin məbləği 160 mln. ABŞ dolları təşkil edir. Layihənin həyata keçirilməsi üçün nəzərdə tutulan bu kreditin artıq sentyabrın sonunadək ayrılması planlaşdırılır.
Qeyd edək ki, layihənin ümumi dəyəri 240 mln. dollar məbləğində qiymətləndirilir. Bunun 160 mln. dollarını AİB, 80 mln. dollarını isə «Azərenerji» ASC ayıracaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR