Azərbaycanda avqustda qaz təhvili 3,5% azalıb

Azərbaycanda avqustda qaz təhvili 3,5% azalıb
# 02 sentyabr 2008 15:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında Azərbaycanda dövlətə 880 mln. 800 min 601 kubmetr qaz təhvil verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib. Təhvil verilmiş qazın 570 mln. 645 min 556 kubmetri ARDNŞ-in, 310 mln. 155 min 045 kubmetri isə konsorsiumun (ABƏŞ) payına düşüb.
Qeyd edək ki, iyul ayı ilə müqayisədə dövlətə təhvil verilmiş qazın həcmi təxminən 31 mln. kubmetr və ya 3,5% azalıb. İyul ayı ilə müqayisədə ARDNŞ-in təhvil verdiyi qazın həcmi 596 min kubmetrdən çox artıb, ABƏŞ-in təhvil verdiyi qazın həcmi isə 31 min kubmetrdən çox aşağı düşüb.
Ümumilikdə isə 2008-ci ilin yanvar-avqust aylarında dövlətə 7 mlrd. 039 mln. 574 min 580 kubmetr qaz təhvil verilib. Bunun 4 mlrd. 499 mln. 373 min 669 kubmetri ARDNŞ-in, 2 mlrd. 540 mln. 200 min 911 kubmetri isə ABƏŞ-in payına düşür.
Qeyd edək ki, 2007-ci ilin yanvar-avqust ayları ilə müqayisədə dövlətə 1 mlrd. 053 mln. 353 min kubmetr artıq qaz verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR