Azərbaycanda 1 mln. elektron qaz sayğacına ehtiyac var

Azərbaycanda 1 mln. elektron qaz sayğacına ehtiyac var
# 04 sentyabr 2008 13:09 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA-Economics. Azərbaycanın Gəncə şəhərinin elektron qaz sayğacları ilə təmin edilməsi prosesi 2009-cu ilin ortalarına kimi yekunlaşacaq. Bu barədə «APA-Economics»ə «Gəncə Sənaye-Cihaz» ASC-nin İdarə Heyətinin sədri Faiq Yelisuyski məlumat verib.
Müəssisə rəhbərinin sözlərinə görə, elektron kartlı qaz sayğacları bu şəhərdə dövlət başçısının tapşırığı ilə qurulur. İndiyədək Gəncədə 30 mindən artıq elektron qaz sayğacı quraşdırılıb. Gəncədə daha 65 min elektron qaz sayğacı quraşdırıldıqdan sonra bu proses tam başa çatacaq.
F.Yelisuyski bildirib ki, artıq Bakıda da yeni tikilən binalarda elektron qaz sayğaclarının quraşdırılmasına başlanılıb. İndiyədək Bakıda 3 min elektron qaz sayğacı quraşdırılıb. Ümumiliksə isə, hazırda ölkədə 1 mln. elektron qaz sayğacına ehtiyac var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR