Azərbaycan avqustda elektrik enerjisi istehsalını 1% artırıb

Azərbaycan avqustda elektrik enerjisi istehsalını 1% artırıb
# 04 sentyabr 2008 13:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin avqust ayında Azərbaycanın enerji sistemində 1,6 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Enerji istehsalı cari ilin iyul ayı ilə müqayisədə 0,6% artıb. Ötən ilin müvafiq dövrünə nisbətən enerji istehsalında dəyişiklik baş verməyib.
Göstərilən həcmdən istilik elektrik stansiyalarının (İES) payına 1,5 mlrd. kVt/saata yaxın, su elektrik stansiyalarının (SES) payına isə 0,1 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsalı düşür.
Bununla yanaşı, ay ərzində Rusiya, İran, Türkiyə və Gürcüstanla elektrik enerjisi mübadiləsi davam etdirilib.
Qeyd edək ki, 2008-ci ilin ilk 8 ayı ərzində enerji sistemində 14,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi istehsal edilib. Bunun 12,4 mlrd. kVt/saatı İES-lərin, 1,8 mlrd. kVt/saatı isə SES-lərin payına düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR