Ötən at Azərbaycanda soba mazutu istehsalı 25,2 faiz aşağı olub

Ötən at Azərbaycanda soba mazutu istehsalı 25,2 faiz aşağı olub
# 06 sentyabr 2008 09:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Cari ilin avqust ayında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən 215,96 min ton dizel yanacağı, 72,04 min ton əmtəəlik soba mazutu istehsal edilib. ARDNŞ-dən APA-ya verilən məlumata görə, dizel yanacağı üzrə istehsal proqnozdan 1,4%, əmtəəlik soba mazutu istehsalı isə 25,2% az olub.
Dizel yanacağının istehsalı yalnız Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun payına düşüb. Cari ilin yanvar-avqust aylarında isə 1545,28 ton dizel yanacağı, 798,27 min ton əmtəəlik soba mazutu istehsal edilib ki, bu da proqnozdan müvafiq olaran 10,2% az, 3,3% çoxdur. Cari ilin yanvar-avqst aylarında Azərbaycanda dizel yanacağının istehsalı ötən ilin müvafiq dövrünə nisbətdə 9,8% çox, əmtəəlik soba mazutunun istehsalı isə 49,3% az olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR