İran Azərbaycanda elektrik stansiyası inşa edəcək

İran Azərbaycanda elektrik stansiyası inşa edəcək
# 08 sentyabr 2008 14:41 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev - APA-Economics. İran Energetika Nazirliyi yaxın illərdə Azərbaycanda su bəndi və 220 MVt gücündə elektrik stansiyasının tikintisi layihəsini həyata keçirmək niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu İranın energetika nazirinin su ehtiyatları üzrə müavini Rəsul Zərgər bildirib.
Nazir müavininin sözlərinə görə, layihənin səmərəlilik dərəcəsinin araşdırılması artıq başa çatıb.
Ümumilikdə, İran yaxın illər ərzində 10 ölkədə, o cümlədən keçmiş SSRİ respublikalarında, bənd və elektrik stansiyalarının tikintisini planlaşdırır. Layihə çərçivəsində İran mühəndisləri artıq İran-Türkmənistan sərhədində bəndin və Tacikistanda Ənzəb tunelinin inşasını həyata keçiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR