Dimitrios Mavrakis: ““Nabucco”nun gerçəkləşməsi yalnız Azərbaycan və Türkmənistanın bu layihədə iştirakı zamanı mümkün ola bilər”

Dimitrios Mavrakis: ““Nabucco”nun gerçəkləşməsi yalnız Azərbaycan və Türkmənistanın bu layihədə iştirakı zamanı mümkün ola bilər”
# 10 sentyabr 2008 13:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. “Hazırda “Nabucco” layihəsinin həyata keçirilməsi üçün lazımı miqdarda enerji resursları mövcud deyil”. APA-nın məlumatına görə, bu fikirləri Bakıda keçirilən Azərbaycan-Türkmənistan neft-qaz konfransında çıxışı zamanı Yunanıstan Enerji Siyasəti və İnkişaf Mərkəzinin direktoru, professor Dimitrios Mavrakis söyləyib. Onun sözlərinə görə, mövcud vəziyyətin dəyişməsi üçün perspektivlər mövcuddur: “Azərbaycan və Türkmənistan bu layihədə iştiraka razılıq versələr, o zaman vəziyyət dəyişə bilər. Ümidvarıq ki, Türkmənistan daha çevik siyasət yürüdəcək və “Nabucco” layihəsində iştirak edəcək. Bu həm Avropanın, həm də Azərbaycanla Türkmənistanın maraqlarına cavab verəcək. Azərbaycan qazının Avropaya idxalı bu ölkənin iqtisadiyyatına çox xeyir gətirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR