Xristos Folias: “Azərbaycan Yunanıstana qaz nəql edəcək”

Xristos Folias: “Azərbaycan Yunanıstana qaz nəql edəcək”
# 11 sentyabr 2008 09:00 (UTC +04:00)
“Qeyd etmək istəyirəm ki, bununla da Azərbaycan ilk dəfə olaraq Avropa İttifaqına qaz nəql etmiş olacaq. Bu addım həmçinin Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində sıx əməkdaşlığın başlanğıcıdır”. Xristos Folias Yunanıstanın Azərbaycan üçün Avropa İttifaqına qapı rolunu oynaya biləcəyini deyib: “Ümidvaram ki, Azərbaycan tezliklə Yunanıstan bazarına böyük həcmdə mavi yanacaq nəql etməyə başlayacaq. Hazırda Yunanıstan mavi yanacağa olan tələbatının 80 faizini Rusiya qazı hesabına ödəyir, biz həmçinin Türkiyə və Əlcəzairdən qaz nəql edirik”. Yunanıstan Dövlət Televiziyasının məlumatına görə, Azərbaycan-Türkmənistan neft-qaz konfransında iştirak etmək üçün Bakıya gələn Xristos Folias Azərbaycanın dövlət başçısı ilə Avropaya qaz nəqlinə dair Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya arasında dördtərəfli sazişin imzalanması məsələsini müzakirə edib. Hələlik bu sazişin nə zaman imzalanacağı dəqiqləşməyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR