"Anglo-Asian Mining" qızıl hasilatını azaldıb

"Anglo-Asian Mining" qızıl hasilatını azaldıb
# 20 aprel 2020 16:40 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycanda əlvan metalların hasilatı ilə məşğul olan Böyük Britaniyanın Plc." şirkəti 15 874 unsiya qızıl hasil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% azdır.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə "Anglo-Asian Mining Plc." Azərbaycanda 34 645 unsiya gümüş hasil edib ki, bu da illik ifadədə 32,5%-lik azalma deməkdir.

Məlumata əsasən, cari ilin doqquz ayında şirkət ölkədə mis hasilatını 9% artırıb. Belə ki, yanvar-sentyabr aylarında "Anglo-Asian Mining Plc." 559 ton mis istehsal edib.

Ümumi ölkə üzrə bu ilin birinci rübündə şirkət qızıl ekvivalentinə bərabər olan 18 219 unsiya məhsul hasil edib (10,2% azalma).

Belə ki, bu il üçün hasilat üzrə proqnozunu dəyişməyib (qızıl ekvivalentində 75-80 min unsiya). Bununla yanaşı şirkət bu il gəlir üzrə proqnozu da qoruyub ( indi ki qiymətlər ilə 100 mln. dollardan artıq).

Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Pay Bölgüsü Sazişi) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR