Avropa və ABŞ-da təbii qazın qiyməti kəskin artacaq - PROQNOZ

Avropa və ABŞ-da təbii qazın qiyməti kəskin artacaq - <span class=PROQNOZ'>
# 21 aprel 2021 13:03 (UTC +04:00)

Dünya Bankının son proqnozlarına görə, 2021-ci ildə Avropa bazarında təbii qazın orta qiyməti 1 mln. BTU (British thermal unit – Britaniya istilik vahidi) üçün 5,5 ABŞ dolları təşkil edəcək, bu da ötən ilki göstərici (3,3 dollar) ilə müqayisədə 66,7% çoxdur.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Bankının yenilənmiş proqnozunda deyilir.

Proqnoza əsasən, Avropa bazarında qazın qiyməti 1 mln. BTU üçün 2022-2025-ci illərdə 5,4 dollar, 2030-cu ildə 5,2 dollar, 2035-ci ildə isə 5,5 dollar təşkil edəcək.

Qeyd olunur ki, ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU üçün 2,8 dollar olacaq, bu da ötən ilki göstərici ilə müqayisədə 40% çoxdur. ABŞ üzrə bu göstəricinin 2022-2023-cü illərdə də 2,8 dollar, 2024-2025-ci illərdə 2,9 dollar, 2030-cu ildə 3, 2035-ci ildəsə 3,4 dollar səviyyəsində olacağı proqnozlaşdırılır.

Proqnoza görə, Yaponiyada mayeləşdirilmiş təbii qazın qiyməti bu il 1 mln. BTU üçün 8 dollar olacaq ki, bu da 4,8% çoxdur. Gələcək illərdə bu göstəricinin tədricə azalacağı proqnozlaşdırılır. Belə ki, 2022-ci ildə Yaponiyada qazın qiymətinin 7,8 dollar, 2023-cü ildə – 7,6 dollar, 2024-cü ildə – 7,5 dollar, 2025-ci ildə – 7,3 dollar, 2030-cu ildə – 6,5 dollar, 2035-ci ildə isə 6,3 dollar olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin dekabrın 31-dən Trans-Adriatik boru kəməri vasitəsi ilə Avropaya qazın ixracına başlayıb. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR