Azərbaycan bu il 108 mln. dollarlıq neft məhsulları ixrac edib

Azərbaycan bu il 108 mln. dollarlıq neft məhsulları ixrac edib
# 14 may 2020 11:00 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 107 968,88 min ABŞ dolları dəyərində 350 682,68 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 39,5%, həcmi isə 2,6% azalıb.

Xatırladaq ki, 2019-cu il ərzində Azərbaycan 462 789,87 min dollar (11,1% azalma) dəyərində 979 717,81 ton neft məhsulları (3,5% azalma) ixrac edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR