Azərbaycan bu il 43 mln. dollarlıq polietilen və polipropilen ixrac edib

Azərbaycan bu il 43 mln. dollarlıq polietilen və polipropilen ixrac edib
# 16 aprel 2020 09:47 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-mart aylarında 42,6 mln. ABŞ dolları məbləğində polietilen və polipropilen ixrac edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics"ə verilən məlumata görə, ötən üç ayda ölkədən ixrac edilən polietilenin dəyəri 21 493,5 min dollar təşkil edib. Bu ilin yanvar-mart aylarında Azərbaycan 31 010,83 ton polietilen (ilkin formalarda) ixrac edib.

Azərbaycanın yanvar-mart aylarının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 5,01% təşkil edib.

Bundan başqa, ötən üç ayda Azərbaycan 21 119,31 min dollar dəyərində 24 922,32 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın yanvar-mart ayının qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 4,92% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR