Ötən il Azərbaycan 64,6 mln. ABŞ dolları dəyərində metanol ixrac edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 64,4% çoxdur.
Bu barədə "APA-Economics" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"na istinadən xəbər verir.
Məlumata görə, 2018-ci ildə ölkə 39,3 mln. dollar dəyərində metanol ixrac edib.