Azərbaycan neft emalını azaldıb

Azərbaycan neft emalını azaldıb
# 19 noyabr 2020 13:51 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 4,8 mln. ton neft emal edilib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 246 min ton az olub.

Qeyd edək ki, Azərbaycanda neftin emalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) həyata keçirilir. Bu il NEZ-də 6,1 mln. tona yaxın neft emal ediləcəyi proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR