Azərbaycan nefti həftə ərzində 8% bahalaşıb

Azərbaycan nefti həftə ərzində 8% bahalaşıb
# 04 may 2020 09:57 (UTC +04:00)

Ötən həftə ərzində (27 aprel – 1 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neft 8%-dən çox bahalaşıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti həftə ərzində 1,5 ABŞ dolları və ya 8,2% artaraq orta hesabla 19,8 dollara bərabər olub.

Həftə ərzində ən yüksək göstərici – 23,51 dollar təşkil edib, ən minimal göstərici isə 16,25 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR