Azərbaycan yanvar-apreldə 21 min tona yaxın qara metal ixrac edib

Azərbaycan yanvar-apreldə 21 min tona yaxın qara metal ixrac edib
# 14 may 2020 16:19 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 15 059,63 min ABŞ dolları dəyərində 20 792,85 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2019-cu ilin yanvar-aprel göstəricisi ilə müqayisədə 17,6%, həcmi isə 39,8% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR