Azərbaycan yanvar-iyunda 30 min tondan çox metal ixrac edib

Azərbaycan yanvar-iyunda 30 min tondan çox metal ixrac edib
# 20 iyul 2020 14:11 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 22 286,87 min ABŞ dolları dəyərində 30 343,33 ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi qara metallar və onlardan hazırlanan məmulatların dəyəri 2019-cu ilin yanvar-iyun göstəricisi ilə müqayisədə 26,2%, həcmi isə 46,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR