Azərbaycanda əmtəəlik qaz hasilatı 7% artıb

Azərbaycanda əmtəəlik qaz hasilatı 7% artıb
# 17 noyabr 2020 13:09 (UTC +04:00)

Bu ilin yanvar-oktyab Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 18,5 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 6,3% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 28,8 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 21,4 mlrd. kub metr təşkil edib.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə əmtəəlik neft hasilatı 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 7,3% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR