Bakıda yanvar-fevralda 5,7 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib

Bakıda yanvar-fevralda 5,7 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib
# 28 aprel 2021 13:59 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,7 mlrd. manat təşkil edib, bu da illik müqayisədə 11% azdır.

Bakı Statistika İdarəsindan "APA-Economics"ə verilən məlumata görə, sənaye məhsulunun 77,9%-i mədənçıxarma, 18,2%-i emal, 3,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Məlumata görə, sənayedə qeyri-dövlət sektorunun payı 84,9% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 89,4%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 10,6% təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 mart 2021-ci il vəziyyətinə 346,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub.

"Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 81,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub", - məlumatda qeyd edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR