EIA Azərbaycanda neft hasilatı üzrə proqnozu dəyişməyib

EIA Azərbaycanda neft hasilatı üzrə proqnozu dəyişməyib
# 12 fevral 2020 09:27 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) ölkədə 2020-2021-ci illər üçün gündəlik neft hasilatı üzrə proqnozunu dəyişməyib.

"APA-Ecocomics"in EIA-ya istinadən verdiyi məlumata görə, bu il Azərbaycanda orta gündəlik neft hasilatı 760 min barel səviyyəsində olacaq.

Gələn il Azərbaycanda gündəlik neft hasilatı 740 min barel təşkil edəcək, məlumatda qeyd edilir.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə OPEC+ üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barel azaldılması barədə qərar qəbul edilib. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barel artırılaraq 27 min barel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barel həcmində saxlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR