EIA: 2020-2021-ci illərdə neftin qiymətində artım müşahidə olunacaq

EIA: 2020-2021-ci illərdə neftin qiymətində artım müşahidə olunacaq
# 15 yanvar 2020 12:33 (UTC +04:00)

Bu il Brent markalı neftin bir barelinin orta qiyməti 64,83 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 0,72% çoxdur.

Bu barədə “APA-Economics” ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinə (EIA) istinadən xəbər verir.

Qeyd edək ki, EIA-in məlumatına əsasən, 2019-cu ildə sözügedən neft növünün orta qiyməti 64,36 dollar olub.

EIA Brent markalı neftin 2021-ci ildə daha da bahalaşacağını proqnozlaşdırır. Belə ki, bu növ neftin bir barelinin orta qiymətinin gələn il 67,53 dollar olacağı gözlənilir.

Agentliyin proqnozuna əsasən, bu il və gələn il WTI markalı neftin qiymətində də artım qeydə alınacaq. Belə ki, əgər 2019-cu ildə WTI markalı neftin orta qiyməti 57,02 dollar olubsa, 2020-ci və 2021-ci illərdə bu göstəricinin müvafiq olaraq 59,25 və 62,03 dollar səviyyəsində olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR