Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını azaldıb
# 19 aprel 2021 12:15 (UTC +04:00)

Bu ilin I rübündə Gürcüstan Azərbaycandan 76 719,1 min ABŞ dolları dəyərində 492 527,5 ton qaz idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, hesabat dövründə Azərbaycandan idxal edilən məhsulun dəyəri illik ifadədə 19 128,8 min dollar və ya 20%, həcmi isə 175 170,9 min ton və ya 26,2% azalıb. Belə ki, 2020-ci ilin ilk 3 ayı ərzində Gürcüstan Azərbaycandan 95 847,9 min dollar dəyərində 667 698,4 ton qaz idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR