Gürcüstan Azərbaycandan sement idxalını 25% azaldıb

Gürcüstan Azərbaycandan sement idxalını 25% azaldıb
# 20 avqust 2020 11:55 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Gürcüstan Azərbaycandan 8 736,7 min ABŞ dolları dəyərində 174 114,9 ton sement idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal olunan məhsulun dəyəri illik ifadədə 4 068,5 min dollar və ya 31,7%, həcmi isə 56 704,8 ton və ya 24,6% azalıb. Belə ki, ötən ilin yanvar-iyul ayları ərzində isə Gürcüstan Azərbaycandan 12 805,2 min dollar dəyərində 230 819,7 ton sement idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR