Gürcüstan bu il Azərbaycandan 42 min ton neft və neft məhsulları idxal edib

Gürcüstan bu il Azərbaycandan 42 min ton neft və neft məhsulları idxal edib
# 19 may 2020 11:11 (UTC +04:00)

Bu ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 41 870,7 ton neft və neft məhsulları idxal edib ki, bu da illik ifadədə 20 231,5 ton və ya 32,5% azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin yeni hesabatında qeyd olunub.

Hesabat dövründə Gürcüstanın Azərbaycandan idxal etdiyi məhsulun dəyəri isə illik ifadədə 20 627,3 min ABŞ dolları və ya 60,2% azalaraq 13 582,8 min dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ilin yanvar-aprel ayları ərzində Gürcüstan Azərbaycandan 34 210,1 min dollar dəyərində 62 102,2 ton neft və neft məhsulları idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR