Gürcüstan yanvar-mayda Azərbaycandan 65 min tondan çox yanacaq idxal edib

Gürcüstan yanvar-mayda Azərbaycandan 65 min tondan çox yanacaq idxal edib
# 12 iyun 2020 12:30 (UTC +04:00)

Bu ilin may ayında Gürcüstanın benzin və dizel yanacağı idxalı illik müqayisədə 9% artaraq 86 min tona çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, cari ilin yanvar-may ayları ərzində Gürcüstan ümumilikdə 398,9 min ton benzin və dizel yanacağı idxal edib ki, bu da illik müqayisədə 5,3 min ton və ya 1,3% azdır. May ayında benzin idxalı 41,1 min ton təşkil edib ki, bu da illik müqayisədə 3,5% və ya 1,4 min ton azdır. May ayında idxal edilən dizelin həcmi isə illik müqayisədə 0,7 min ton və ya 1,5% azalaraq 44,8 min ton təşkil edib.

Hesabat dövründə Gürcüstan ən çox benzin və dizel yanacağını Rusiyadan idxal edib – 136,6 min ton. Bu dövrdə Gürcüstan Azərbaycandan 65,43 min ton yanacaq idxal edib ki, bu da ümumi idxalın 16,4%-ni təşkil edib. Azərbaycan Gürcüstanın ən çox yanacaq idxal etdiyi üçüncü ölkə olub.

Hesabat dövründə Gürcüstan Rumıniyadan 73,4 min ton (18,4%), Türkmənistandan 46,7 min ton (11,7%), Bolqarıstandan 31,6 min ton (7,9%); Yunanıstandan 17,3 min ton (4,3%), Qazaxıstandan 17,1 min ton (4,3%), Türkiyədən isə 9,1 min ton (2,3%) yanacaq idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR