Gürcüstanın martda neft bitumunun idxalının 86%-i Azərbaycanın payına düşüb

Gürcüstanın martda neft bitumunun idxalının 86%-i Azərbaycanın payına düşüb
# 13 may 2020 12:36 (UTC +04:00)

Bu ilin aprel ayında Gürcüstan 3,5 min ton həcmində neft bitumu idxal edib ki, bu da mart ayı ilə müqayisədə 46,2% və ya 3 min ton, ötən ilin aprel ayı ilə müqayisədə isə 3,1 dəfə və ya 7,3 min ton azdır.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında deyilir.

Qeyd olunub ki, mart ayında Gürcüstanın neft bitumu idxalının 85,7%-i Azərbaycanın payına düşüb. Belə ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 6,5 min ton neft bitumu idxal edib. İdxal edilən məhsulun 8,6%-i (0,3 min ton) Ermənistanın, 2,9%-i isə (0,04 min ton) Rusiyanın payına düşüb.

Cari ilin yanvar-aprel ayları ərzində isə Gürcüstanın neft bitumu idxalının ümumi həcmi 17,8 min ton təşkil edib ki, bu da illik müqayisədə 40,7% və ya 30 min ton azdır. Cari ilin ilk dörd ayı ərzində Gürcüstanın neft bitumu idxalının 50,6%-i (9 min ton) Azərbaycanın payına düşüb. Bu göstərici ilə Azərbaycan Gürcüstanın ən çox neft bitumu idxal etdiyi ölkə olub. Digər yerlərdə isə müvafiq olaraq İran – 39,9% (7,1 min ton), İraq – 5,6% (1 min ton), Ermənistan – 1,7% (0,3 min ton), Birləşmiş Ərəb Əmirlikləri – 1,1% (0,2 min ton) və Rusiya – 0,2% (0,04 min ton) qərarlaşıb.

Gürcüstanın neft bitumu idxalının azalması daha çox COVID-19 pandemiyası ilə əlaqələndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR