IEA: Koronavirus səbəbindən qlobal neft tələbatını rekord azalma gözləyir - PROQNOZ

IEA: Koronavirus səbəbindən qlobal neft tələbatını rekord azalma gözləyir - PROQNOZ
# 15 aprel 2020 14:04 (UTC +04:00)

Koronavirus (COVID-19) pandemiyası səbəbindən bu il dünyada neftə olan gündəlik tələbat rekord həddə – 9,3 mln. barel azalacaq.

"APA-Economics"in Beynəlxalq Enerji Agentliyinin (IEA) aprel ayı üzrə hesabatına istinadən verdiyi məlumata görə, apreldə neftə olan gündəlik tələbat illik müqayisədə 29 mln. barel azalacaq ki, bu da 1995-ci ildən bəri ən aşağı göstəricidir.

Məlumata əsasən, 2020-ci ilin II rübündə tələbat keçən ilin göstəricilərindən gündə 23,1 mln. barel aşağı olacağı gözlənilir. İlin ikinci yarısında neftə olan tələbatın tədricən artacağına baxmayaraq, dekabrda bu göstəricinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 mln. barel aşağı olması gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR