İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tender elan olunub

İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tender elan olunub
# 09 iyun 2020 12:16 (UTC +04:00)

Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkəti İqdır-Naxçıvan qaz kəmərinin tikintisi çərçivəsində tədqiqat və mühəndislik işlərini aparacaq şirkətin seçimi üzrə tender elan edib.

"APA-Economics"in "BOTAŞ"a istinadən verdiyi məlumata görə, tender təklifləri iyun ayının 30-dək (Bakı vaxtı ilə saat 15:00-dək) qəbul ediləcək.

Məlumata əsasən, tender diametri 12 düym, uzunluğu isə təxminən 82 km olacaq qaz kəməri üzrə ərazi-tədqiqat, xəritə və müfəssəl mühəndislik işlərini əhatə edir. İşlər 270 gün ərzində həyata keçirilməlidir.

Qeyd edək ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla svop əməliyyatları əsasında həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR