Külək enerjisinə ən çox investisiya yatıran Avropa ölkələrinin reytinqi - TOP-10

Külək enerjisinə ən çox investisiya yatıran Avropa ölkələrinin reytinqi - <span class=TOP-10'>
# 13 aprel 2021 14:00 (UTC +04:00)

Ötən ilin nəticələrinə əsasən, Türkiyə Avropa ölkələri sırasında külək enerjisi layihələrinə investisiya yatırımlarına görə ilk beşliyə daxil olub.

Bu barədə "APA-Economics" "WindEurope"un 2020-ci ilin nəticələrinə görə dərc etdiyi hesabata istinadən xəbər verir.

Hesabata əsasən, Türkiyə 2020-ci ildə külək enerjisi layihələrinə 1,6 mlrd. avro yatıraraq, reytinqin beşinci pilləsində qərarlaşıb.

Külək enerjisi layihələrinə investisiya üzrə reytinqə 13,5 mlrd. avro ilə Böyük Britaniya liderlik edir.

Qeyd edək ki, ötən il Avropa ölkələri külək enerjisi layihələrinə 42,8 mlrd. avro investisiya yatırıb. Bu da illik müqayisədə 74,7% çoxdur.

Ötən il külək enerjisi layihələrinə (quruda və dənizdə) ən çox investisiya yatıran Avropa ölkələrinin reytinqi:

#

Ölkə

Ümumi, mlrd. €

Quruda, mlrd. €

Dənizdə, mlrd. €

1

Böyük Britaniya

13,5

0,3

13,2

2

Niderland

7,9

1,6

6,3

3

Fransa

6,5

1,8

4,7

4

Almaniya

4,3

2,2

2,1

5

Türkiyə

1,6

1,6

 -

6

Polşa

1,6

1,6

 -

7

İspaniya

1,5

1,5

 -

8

Norveç

1,2

1,2

 -

9

İsveç

0,8

0,8

 -

10

İrlandiya

0,8

0,8

 -

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR