Nazir: "TAP-ın tikintisi bu il başa çatacaq"

Nazir: "TAP-ın tikintisi bu il başa çatacaq"
# 28 fevral 2020 17:05 (UTC +04:00)

Bu ilin sonunadək Trans-Adriatik qaz kəmərinin (TAP) tikintisi başa çatacaq.

"APA-Economicsin məlumatına görə, bunu Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda kəmərin tikintisi üzrə işlərin 92%-i başa çatıb.

Bu qaz kəmərinin tikintisinin başa çatması ilə Cənubi Qaz Dəhlizinin yaradılması prosesi tamamlanmış olacaq ki, bu da Azərbaycan qazının Avropaya çatdırmağa imkan verəcək,  deyə nazir qeyd edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR