Neftə olan tələbatın bərpası üçün əsas şərtlər açıqlanıb

Neftə olan tələbatın bərpası üçün əsas şərtlər açıqlanıb
# 27 avqust 2020 11:53 (UTC +04:00)

Neftə olan tələbatın bərpa olunmasının əsas şərtləri dünya üzrə aviadaşımaların bərpa olunması və insanların işə nəqliyyatla getməsidir.

"APA-Economics"in RİA "Novosoti"yə istinadən verdiyi məlumata görə, bu barədə "IHS Markit" analitik agentliyinin araşdırmasında deyilir.

Qlobal neft tələbatına 2020-ci ilin fevralından başlayaraq dünyada koronavirus pandemiyasına qarşı görülən tədbirlər təsir edib. May-iyul aylarında müxtəlif ölkələrin karantin məhdudiyyətlərini ləğv etməyə başladıqdan sonra qlobal neft tələbatı kəskin artdı. Hazırda tələbat 2019-cu ilə nisbətən 89% səviyyəsindədir (apreldə 78% olub).

"IHS Markit"in məlumatına görə, bərpa templəri 2021-ci ilin ilk rübündə yavaşlamalıdır (2019-cu ilin I rübünün səviyyəsindən 92-95%-dək).

Hava daşımalarına gəldikdə, hazırda aviasiya yanacağının faktiki istehlakı hələ ötən ilin 50% səviyyəsindədir. Analitiklərin fikrincə, bu, neft bazarının sabitləşməsini yubadan əsas amildir.

"Tələbatı bərpa etmək üçün səyahətlər bərpa edilməlidir. Effektiv koronavirus peyvəndi hazırlanana qədər isə bu, baş verməyəcək", - deyə analitik Cim Burhard bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR