Nigeriyanın neft-qaz ixracından gəlirləri kəskin azalıb

#
# 15:12
24 aprel 2021

Nigeriyanın Milli Neft Şirkətinin (NNPC) neft-qaz ixracında əldə etdiyi gəlirləri koronavirus pandemiyası və enerji resurslarının qiymətlərinin çökməsi səbəbindən 2020-ci ildə illik ifadədə 45,98% azalaraq 2,62 mlrd. ABŞ dollarına düşüb.

"APA-Economics"in məlumatına görə, bu barədə Nigeriyanın "Punch" qəzeti yazır.

Qeyd olunub ki, 2020-ci ilin yanvar ayında Nigeriya xarici neft-qaz bazarlarındakı satışlardan 626,79 mln. dollar qazanıb, lakin oktyabr ayınadək bu məbləğ 54,09 mln. dollara düşüb. Enerji resurslarının xaricə satılması Nigeriyaya gəlirlərin yarısı dövlət büdcəsinə daxil olur. Eyni zamanda, Nigeriyanın milli ixracında neft-qaz gəlirlərin payı 90%-ə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR