OPEC nazirləri yaxın gələcəkdə bazardakı vəziyyəti müzakirə edəcək

OPEC nazirləri yaxın gələcəkdə bazardakı vəziyyəti müzakirə edəcək
# 09 may 2020 16:14 (UTC +04:00)

Yaxın gələcəkdə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) müvafiq nazirlərinin vəziyyətini müzakirə etmək üçün video-konfrans formatında görüş keçiriləcək.

APA-Economics”in “Interfax”a istinadən verdiyi məlumata görə, bunu Venesuela Prezidenti Nikolas Maduro “Telesur”a verdiyi müsahibədə deyib.

O, görüşdə hansı ölkələrin nazirlərinin iştirak edəcəyini açıqlamasa da, “OPEC+”un qlobal iqtisadi tarazlığın əsasını təşkil etdiyini bildirib: "Lazım gələrsə, tarixdə ilk dəfə tələbin ümumi azalması olduğunu nəzərə alsaq, yeni tədbirlər görəcəyik və bu mənada iqtisadi və neft ssenarilərinin necə inkişaf etdiyini görəcəyik".

Bundan əvvəl Maduro Rusiya Prezidenti Vladimir Putinlə danışığı zamanı “OPEC+” Nazirlər Komitəsinin iclasının mayın 10-da keçirilməsini təklif etmişdi.

Qeyd edək ki, aprelin 21-də bir neçə “OPEC+” naziri neft bazarındakı mövcud dramatik vəziyyəti müzakirə etmək məqsədilə video-konfrans formatında qeyri-rəsmi görüş keçirib. Bu cür görüşün təşəbbüskarı Əlcəzairin Energetika naziri, OPEC Konfransının prezidenti Məhəmməd Arkab olub. Görüşdə həmçinin Azərbaycanın Energetika naziri Pərviz Şahbazov, Qazaxıstanın Energetika naziri Nurlan Noqayev, Venesuelanın Neft naziri Manuel Kevedo, Nigeriyanın Neft naziri Timipre Silva, İraqın Neft naziri Tamir Qadban, Anqolanın Mineral Ehtiyatlar və Neft naziri Pedro Azevedo da iştirak etdilər. Eyni zamanda, OPEC və OPEC-ə daxil olmayan ölkələr arasında ən böyük neft istehsal edən Səudiyyə Ərəbistanı və Rusiyanın nümayəndələri iclasda iştirak ediblər.

Nazirlər OPEC Konfransının Prezidentini müntəzəm olaraq bazardakı vəziyyətlə bağlı bu cür məsləhətləşmələri davam etdirməyə çağırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR