Rusiya "Sibirin gücü" kəməri ilə Çinə qaz ixrac etməyə başlayıb

Rusiya "Sibirin gücü" kəməri ilə Çinə qaz ixrac etməyə başlayıb
# 02 dekabr 2019 15:51 (UTC +04:00)

Bu gün “Sibirin gücü” (“Sila Sibiri”) boru kəməri vasitəsilə Rusiya qazının Çinə nəql edilməsinə start verilib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, qaz kəmərinin istifadəyə verilməsi mərasimi Rusiya Prezidenti Vladimir Putin, Çinin sədri Si Cinpin və "Qazprom" şirkətinin rəhbəri Aleksey Millerin iştirakı ilə canlı telekörpü vasitəsilə baş tutub.

Qaz kəmərinin maksimal illik ixrac gücü 38 mlrd. kubmetrdir. Maksimal göstəricilərə "Qazprom" 2025-ci ildə nail olmağı planlaşdırır. Belə ki, bu kəmər vasitəsi ilə 2020-ci ildə Çinə ən azı 5 mlrd. kubmetr, 2021-ci ildə 10 mlrd. kubmetr və 2022-ci ildə 15 mlrd. kubmetr qaz tədarük ediləcək. 30 müqavilə ilində Çin istehlakçıları bu kəmərlə 1 trln. kubmetrdən çox qaz alacaqlar.

Müqavilənin ümumi dəyəri 400 mlrd. ABŞ dolları təşkil edib. Boru kəmərinin inşası beş il davam edib və 1,1 trln. rubla başa gəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR