Rusiya Bankı "Urals" neftinin qiyməti üzrə proqnozunu yüksəldib

Rusiya Bankı "Urals" neftinin qiyməti üzrə proqnozunu yüksəldib
# 24 iyul 2020 15:27 (UTC +04:00)

Rusiya Mərkəzi Bankı (Rusiya Bankı) "Urals" markalı neftin qiyməti üzrə proqnozunu 2020-ci il üçün bir barelə görə 27 ABŞ dollarından 38 dollara, 2021-ci ildə isə 35 dollardan 40 dollara yüksəldib.

"APA-Economics" xəbər verir ki, bu barədə Rusiya Bankının dərc etdiyi məlumatda deyilir.

Qeyd olunub ki, 2022-ci il üçün neft qiymətlərinin proqnozu bir barelə görə 45 dollar səviyyəsində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR