SOCAR "Rəqəmsal yataq" layihəsinə başlayır

SOCAR "Rəqəmsal yataq" layihəsinə başlayır
# 23 aprel 2020 12:56 (UTC +04:00)

SOCAR SAP UFAM əsasında neft və qazçıxarma əməliyyatlarının rəqəmsallaşmasını həyata keçirir. Bununla da SAP UFAM (SAP və OIS-in birgə həlli) istehsal proseslərini vahid sistemdə birəşdirərək, müəssisənin rəqəmsal nüvəsi olan SAP ERP proqram təminatı ilə inteqrasiya edəcək.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, SOCAR istehsalatda UFAM-ın istismara verilməsini 2020-ci ilin iyununda planlaşdırır.

"SOCAR iqtisadiyyatın rəqəmsallaşdırılması kursu çərçivəsində biznes proseslərində və istehsalatda qabaqcıl texnologiyalardan istifadə etməyə çalışır, neft hasilatında sənaye standartlarını müəyyən edir. UFAM platformasının tətbiqi bir-birindən ayrı olan istehsalat sistemlərindən fərqli məlumatların vahid mərkəzdə toplanmasına, quyuların işinin təsdiq olunmuş potensiala uyğun şəkildə təmin edilməsi üçün inteqrasiyalı təhlilin aparılmasına, həmçinin geoloji-texniki tədbirlərin optimallaşdırılmasına imkan verəcək", - SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov deyib.

Qeyd edək ki, bütün neft hasilatı proseslərinin inteqrasiyalı planlaşdırılması, modelləşdirilməsi, təhlili və monitorinqinə imkan verən vahid məlumat mənbəyinin yaradılması layihəsi SOCAR, Caspian Innovation Center (Xəzər İnnovasiya Mərkəzi), SAP Digital Business Services və OIS əməkdaşları tərəfindən həyata keçirilir.

Birinci mərhələdə əsas biznes prosesləri, verilənlər və onların SOCAR-ın ölçmə sistem-mənbələrinə inteqrasiyası, korporativ verilənlər anbarı və SAP ERP rəqəmsal nüvəsi ilə inteqrasiyası üzrə həllər işlənib hazırlanıb. Artıq SOCAR-ın iki neftqazçıxarma idarəsində rəqəmsal üsul razılaşdırılmış alqoritmlər sistemində reallaşdırılıb və sınaqdan keçirilib. Geoloji-texnoloji tədbirlərin seçilməsi, quyuların işinin təhlili, istehsalat prosesinin interqasiyalı modeli və planlaşdırılması üzrə rəqəmsal platformanın funksionallığı nümayiş etdirilib. Əsas istifadəçilər üçün təlimlər keçirilib, eləcə də müxtəlif məlumat qruplarının yoxlanılması və sistemə yüklənməsi üçün qruplar üzrə məsul mütəxəssislər təyin olunub.

Rəqəmsal platformanın istismara verilməsi standartlaşdırılmış planlaşdırma üsulu hasilata təsir edən bütün istehsal xidmətlərində iş uçotunu təmin edəcək ki, bu da sutka ərzində səmərəsizlik hallarını və itkiləri əhəmiyyətli dərəcədə azaldacaq; qərarvermənin dəstəklənməsi, statik və dinamik məhdudiyyətlər modelinin hesablanması üçün inteqrasiyalı modelləşdirmə alt sistemində daim fəaliyyətdə olan aktivin modeli yaradılacaq; bütün biznes obyektləri (quyu, boru kəməri, yerüstü avadanlıq, energetika obyektlər və s.) monitorinq panelindəki xəritədə real vaxt rejimində əks olunacaq və onların pasportları, son və cari iş parametrləri təqdim ediləcək

"SAP UFAM - MDB-də işlənib hazırlanmış və SAP-ın qlobal prays-listinə daxil edilmiş ilk məhsuldur. Burada həll mexanizmi yüksək beynəlxalq standartlara uyğundur və müştərinin lokal tələblərinə cavab verir. Sistem öz işində laydan neft təhvili qovşağınadək bir çox göstəriciləri nəzərə alır ki, bu da istehsal proseslərinin transformasiyasına imkan verir. Biz şadıq ki, SOCAR 10 ildir ölkə üçün strateji əhəmiyyət daşıyan layihələrin reallaşdırılması üçün SAP həllini seçir", - deyə, SAP CIS baş direktorunun müavini Dmitri Pilipenko vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR