SOCAR bu ilin II rübündə qazma işlərinin həcmini azaldıb

SOCAR bu ilin II rübündə qazma işlərinin həcmini azaldıb
# 15 iyul 2020 15:03 (UTC +04:00)

Bu ilin II rübündə SOCAR-ın qazma işlərinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq 15 min metrdən artıq olub.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, bu azalma COVID-19 pandemiyası nəticəsində dünyada neftə olan tələbatın aşağı düşməsi və "OPEC+" razılaşması çərçivəsində hasilatın müvəqqəti məhdudlaşdırılması ilə əlaqədardır. Hasilat əsasən rentabelliyi aşağı olan qurudakı yataqlarda məhdudlaşdırılıb və müvafiq olaraq aparılan qazma əməliyyatların həcmi də azaldılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR