Səngəçal terminalından neftin ixracı azalıb

Səngəçal terminalından neftin ixracı azalıb
# 29 aprel 2021 14:33 (UTC +04:00)

Bu ilin I rübündə Səngəçal terminalı Bakı-Tbilisi-Ceyhan (BTC) və Qərb İxrac Boru Kəməri vasitəsi ilə 60 mln. barel neft və kondensat ixrac edib ki, bu da illik müqayisədə 9,1% azdır.

"APA-Economics"in BP-nin (layihənin operatoru) Azərbaycanda apardığı əməliyyatlar üzrə 2021-ci ilin I rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən verdiyi məlumata görə, o cümlədən ötən dövr terminal 52 barel (-10,3%) BTC və 8 mln. bareldən artıq (ötən ilin müvafiq dövrünün göstəricisinə bərabərdir) Qərb İxrac Boru Kəməri (Bakı-Supsa kəməri) marşrutu vasitəsilə ixrac edib.

Məlumata əsasən, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və kondensat, "Şahdəniz" qazı üçün təqribən 85 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 mln. kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

"Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla təxminən 56 mln. standart kubmetrdən çox "Şahdəniz" qazı ixrac edilib", - hesabatda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR