ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb - PROQNOZ

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb - PROQNOZ
# 10 noyabr 2021 10:01 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya nefti ehtiyatları 2,485 mln. barel azalaraq təxminən 431,617 mln. barel təşkil edib.

"APA-Economics"in Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1,9 mln. barel artacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR