ABŞ-ın neft ehtiyatları azalır - PROQNOZ

ABŞ-ın neft ehtiyatları azalır - PROQNOZ
# 25 avqust 2021 09:49 (UTC +04:00)

Amerika Neft İnstitutunun (API) proqnozlarına görə, ABŞ-da kommersiya neft ehtiyatları azalıb.

"APA-Economics"in API-nin proqnozlarına istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-ın neft ehtiyatları 1 622 min barel azalaraq təqribən 433 921 min barel təşkil edib.

Qeyd edək ki, analitiklər ABŞ neft ehtiyatlarının 2 367 min barel azalacağını gözləyirdi.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR