ABŞ-ın neft ehtiyatları yenidən artıb - PROQNOZ

ABŞ-ın neft ehtiyatları yenidən artıb - PROQNOZ
# 20 may 2021 09:32 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 1 321 min barel artaraq 486 011 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1 623 min barel artacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR