ABŞ-ın neft ehtiyatlarının 2 mln. barel azalacağı gözlənilir

ABŞ-ın neft ehtiyatlarının 2 mln. barel azalacağı gözlənilir
# 09 iyun 2021 09:56 (UTC +04:00)

Həftə ərzində ABŞ-ın kommersiya neft ehtiyatları (strateji ehtiyat istisna olmaqla) 2 mln. barel azalaraq 477,3 mln. barelə düşəcəyi gözlənilir.

"APA-Economics" xəbər verir ki, bu proqnozu "Daily FX" şirkətinin ekspertləri veriblər.

Müvafiq məlumatlar bu gün Bakı vaxtı ilə saat 18:30-da ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) icmalında dərc olunacaq.

Beləliklə, ABŞ üçün ötən həftə neft ehtiyatlarının azaldığı ardıcıl üçüncü həftə ola bilər. Belə ki, 28 may tarixinə 5,1 mln. barel, 21 mayda isə 1,7 mln. barel azalma qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR