ABŞ maye karbohidrogenlərin qlobal tələbatı üzrə builki proqnozunu yüksəldib  

ABŞ maye karbohidrogenlərin qlobal tələbatı üzrə builki proqnozunu yüksəldib  
# 10 noyabr 2021 10:16 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2021-ci il üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu cüzi yüksəldib.

"APA-Ecocomics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il üçün maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97,53 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0,06 mln. barel çoxdur. Beləliklə, 2020-ci ilin göstəricisi ilə müqayisədə 2021-ci ildə qlobal tələbat üzrə artım 5,11 mln. barel təşkil edəcək.

Hesabata əsasən, 2022-ci ildə maye karbohidrogenlərə olan gündəlik tələbat 100,88 mln. barel olacaq, bu, ötən proqnozla müqayisədə 0,07 mln. barel azdır. Hesablamalara əsasən, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 2022-ci ildə qlobal tələbat 3,35 mln. barel artacaq.

Hesabatda qeyd olunur ki, 2020-ci ildə qlobal gündəlik istehlak 92,42 mln. barel təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR