ABŞ neft hasilatının artım tempinə görə Rusiya və Səudiyyə Ərəbistanını qabaqlayacaq - PROQNOZ

ABŞ neft hasilatının artım tempinə görə Rusiya və Səudiyyə Ərəbistanını qabaqlayacaq - PROQNOZ
# 16 noyabr 2021 15:54 (UTC +04:00)

ABŞ yüksək neft qiymətləri fonunda neft hasilatının bərpasını sürətləndirib və 2021-ci ilin sonuna qədər artım tempi göstəricisi üzrə Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyacaq.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata görə, ABŞ-da neft hasilatı güclü neft qiymətləri fonunda artır. Gündəlik qlobal neft təklifi noyabr və dekabr aylarında sutkada 1,5 mln. barel artacaq ki, bunun da 400 min bareli ABŞ-ın payına düşəcək.

IEA-in məlumatına görə, oktyabrda gündəlik qlobal neft tədarükü 1,4 mln. barel artaraq 97,7 mln. barel təşkil edib. Bu həcmin yarısı ABŞ neft istehsalçıları tərəfindən təmin edilib.

"İlin sonuna kimi ABŞ hasilatın artımını hamıdan çox təmin edə biləcək", - hesabatda qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR