Aİ qaz istehlakını artırıb, idxalı azaldıb

Aİ qaz istehlakını artırıb, idxalı azaldıb
# 13 iyul 2021 09:50 (UTC +04:00)

Koronavirus səbəbindən iqtisadiyyatda davam edən problemlər fonunda bu ilin I rübündə Avropa İttifaqında (Aİ) qaz istehlakı illik ifadədə 10,1 mlrd. kubmetr və ya 7,6% artıb.

Bu barədə "APA-Economics" Avropa Komissiyasının Avropa qaz bazarlarına dair rüblük hesabatına istinadən xəbər verir.

Hesabatda deyilir ki, 2020-ci ilin I rübündə bu göstərici 131,7 mlrd. kubmetr təşkil edirdisə, cari ilin müvafiq dövründə Aİ üzrə qaz istehlakı 141,8 mlrd. kubmetr səviyyəsində olub.

Bununla belə, hesabat dövründə Aİ üzrə xalis qaz idxalının həcmi 78,5 mlrd. kubmetr olub, bu da illik müqayisədə 2,5 mlrd. kubmetr və ya 3% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR