Avropa qaz uğrunda daxili mübarizə ilə üzləşəcək - PROQNOZ

Avropa qaz uğrunda daxili mübarizə ilə üzləşəcək - PROQNOZ
# 25 oktyabr 2021 10:18 (UTC +04:00)

Avropa ölkələri bu qış soyuqdan donmamaq üçün qaz tədarükü uğrunda şiddətli rəqabət şəraitində Avropa həmrəyliyindən imtina etməyə məcbur olacaqlar.

"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" analitiklərin proqnozlarına əsasən xəbər verir.

Qeyd olunur ki, Avropa ölkələrində qaz anbarlarının doluluğu 20% normadan azdır və hazırda 71% təşkil edir.

Analitiklərin fikrincə, şaxtanın başlaması ilə Avropa dövlətlərinin hakimiyyət orqanları qazın ixracına qadağa qoyacaq. Məsələn, Serbiya Prezidenti Aleksandr Vuçiçin bəyanatlarına əsasən, Serbiya artıq bunu etməyi planlaşdırır. Enerji resurslarını ixrac edən Norveçdə də bu məsələ müzakirə olunur.

Mütəxəssislərin fikrincə, 90% idxaldan asılı olan Almaniya ən çətin vəziyyətdə olacaq. Ölkə Avropa həmrəyliyindən imtina etməyə məcbur olacaq və sadəcə olaraq daha az gəlirli Avropa ölkələri üçün nəzərdə tutulan qazı almağa başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR