Avropada qazın qiyməti 808 dollara çatıb - YENİLƏNİB

Avropada qazın qiyməti 808 dollara çatıb - YENİLƏNİB
# 14 sentyabr 2021 16:48 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 808 ABŞ dollarını ötüb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 14 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 66,17 avro təşkil edib (bir kubmetr üçün təqribən 808 dollar).

Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 700 dolları ötüb.

***

12:30

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın min kubmetrinin qiyməti 800 ABŞ dollarını ötüb.

Bu barədə "APA-Economics" ICE London qitələrarası birjasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, 14 sentyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) oktyabr fyuçerslərinin qiyməti enerji ekvivalentində bir MVt-saat üçün 65,5 avro təşkil edib (bir kubmetr üçün təqribən 801,2 dollar).

Xatırladaq ki, ötən həftə Avropada qazın qiyməti ilk dəfə olaraq min kubmetr üçün 700 dolları ötüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR